Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rusiya - Ermənistana etiraz notası verəcək

Rusiya, ORSIS şirkətinin iştirak etdiyi silah tədarükü tenderinin pozulması ilə bağlı Ermənistana etiraz notası göndərəcək.

Yenixeber.org: Şirkət cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin ilk dəfə bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib və Ermənistanda silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

Qeyd olunub ki, nota artıq Xarici İşlər Nazirliyinə daxil olub və yaxın zamanda diplomatik kanallar vasitəsi ilə Ermənistan tərəfinə veriləcək.

Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev tərəfindən Ermənistanın Müdafiə naziri David Tonoyana göndərilən notada deyilir ki, ORSIS-in bu tenderdə iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib və şirkətin özü də Ermənistan Silahlı Qüvvələrinin “etibarsız təchizatçılar siyahısı”na daxil edilib.

Sənəddən də görünür ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gələrsə və ya müqaviləni imzalamaqdan imtina edərsə belə kompensasiya ödəməli idi.

“Sizdən xahiş edirəm ki, mövcud vəziyyəti nəzərdən keçirəsiniz və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verəsiniz”, sənəddə deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam