Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistana -Rusiyadan silah idxalı ilə bağlı tender baş tutmayıb

Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi, yalnız Rusiyanın ORSİS şirkətinin qatıldığı silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

Yenixeber.org:  ORSİS-in nümayəndəsinin dediyinə görə, cari ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin ilk dəfə bir neçə milyon dollar həcmində hərbi texnika tədarükünə dair elan etdiyi tenderdə müvafiq tələblərə uyğun gəldikləri üçün iştirak etsələr də, bilmədikləri səbəblərdən tenderə xitam verilib.

Bununla bağlı apelyasiya komissiyasına, hüquqşünasa etdikləri müraciətlərdən sonra xidməti vəzifələrə səhlənkar münasibətlə bağlı maddəyə əsasən cinayət işinin başlandığını deyən Rusiya şirkətinin nümayəndəsi sözügedən tenderin aqibətini aydınlaşdırmaq üçün Ermənistanın Rusiyada hərbi attaşesinə də müraciət etdiklərini, son bir neçə ildir Ermənistana silah, sursat, optik vasitələr ixrac etdiklərini, indi isə müəmmalı səbəbdən “qara siyahı”ya düşdüklərini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam