Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanla Rusiya arasındakı məxfi görüşün DETALLARI ÜZƏ ÇIXDI:müharibə olarsa...

 

Ermənistanla Rusiya arasındakı məxfi görüşün DETALLARI ÜZƏ ÇIXDI: müharibə olarsa...

Moskva İrəvan ilə hərbi-texniki əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı informasiya yayıb.

Bildirilir ki, Rusiya regionda vəziyyətin inkişafını müşahidə edir. Xarici təhlükə olduqda, Rusiyanın münaqişəyə Ermənistan tərəfindən dövlətlərarası müqavilələrə uyğun olaraq müdaxilə etməsi zəruridir.

Aprelin 3-də Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Moskvada üç gün davam edən danışıqları başa vurublar. Toplantılarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqaev, “Rostec” şirkətinin sahibi Sergey Çemezov və Rusiya müdafiə sənayesi kompleksi müəssisələrinin rəhbərləri iştirak edib. Görüşlərdə müzakirə olunan məsələlər məxfi saxlanıldığı üçün onların siyahısı yayımlanmır.

Daha əvvəl Ermənistan müdafiə naziri David Tonoyan İrəvanın Rusiyadan döyüş təyyarələri almağa davam etməyi planlaşdırdığını açıqlamışdı. Nazir bildirmişdi ki, onlar 4 qırıcı ilə məhdudlaşmayacaqlar. Nazirin açıqlamasından belə çıxır ki, Ermənistan mövcud razılaşmanın ehtiva etdiyi kredit borcunu – 100 milyon dolları Rusiyaya ödədikdən sonra yeni silah krediti ala biləcək. Ermənistan bu müqavilə ilə 4 qırıcı əldə edib. Müqavilə şərtlərinə görə, 2020-ci ildə onları təhvil alacaq.

Moskva əməkdaşlıq çərçivəsində Ermənistanın 7 illik ordu müasirləşdirmə proqramına dəstək verən ilk müttəfiqlərdəndir. Bundan başqa, Rusiya S-300PS anti-raket sistemlərinin iki diviziyasını Ermənistana pulsuz verib.

Qeyd edək ki, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqidir. Rusiyanın Gümrü şəhərində 102-ci hərbi bazası yerləşir. Protokola əsasən, bu bazanın istismar müddəti 2044-cü ilə qədərdir.

Xatırladaq ki, Moskva Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam