Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Paşinyan - islahatlar aparmağa pul tapmır

Paşinyan islahatlar aparmağa pul tapmır
Ermənistan hakimiyyəti polis orqanlarında islahatların maliyyələşdirilməsi üçün Avropa İttifaqına müraciət edib.
Yenixeber.org: Bu barədə “Joxovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, baş nazir Nikol Paşinyan komandasından polisdə struktur dəyişikliklərinin qısa müddətdə həllini tələb edir. Belə ki, post-patrul xidməti ilə yol polisinin bir strukturda birləşdirilməsi planlaşdırılır. Həmçinin, Cinayət axtarışı Baş İdarəsi və Mütəşəkkil Cinayətkarlıqla mübarizə üzrə Baş İdarənin birləşdirilməsi gündəmdədir.

Qəzetin yazdığına görə, son iki bölmə bəzən təkrarlayıcı funksiyaları yerinə yetirdikləri üçün bu, qarşıdurmaya da gətirib çıxarır.

Bunlar təklif olunan dəyişikliklərin hamısı deyil, islahatlar üçün isə 50 milyon dollar tələb olunur. Ermənistanın büdcəsində bunun üçün vəsait yoxdur. Ona görə də hökumət maliyyə almaq məqsədilə Avropa İttifaqına müraciət edib, lakin bu günə qədər heç bir nəticə əldə edilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam