Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Əlahiddə Ümumqoşun Orduda silahlara nəzarət inspeksiyası keçirilib – VİDEO

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyası keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəhbərlik etdiyi, Almaniya və Polşadan nümayəndələrin də qatıldığı 8 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirməsi aparılıb.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində hərbi hissələrdə müxtəlif növ və təyinatlı silah və texnikaların sayı yoxlanılıb, şəxsi heyətin məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaq üçün əsgəri-məişət komplekslərinə baxış olub.

Səfər zamanı qonaqlar açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində və muxtar respublikanın tarixi yerlərində olublar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam