Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvan Qarnizonunda andiçmə mərasimi keçirilib

 

Naxçıvan Qarnizonunda andiçmə mərasimi keçirilib
Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər. 

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ilində uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir. 

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub. 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam