Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir” - General-leytenant

“Ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir” - General-leytenant
"Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir"
Yenixeber.org: Bunu Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev deyib. General-leytenant bildirib ki, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir:

"Ali Məclis sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Məhz 2018-ci ilin may ayında Günnüt əməliyyatının uğurla nəticələnməsi bunun bariz nümunəsidir. Qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. İyunun 7-dən 11-dək Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında şəxsi heyətin döyüş ruhu və peşəkarlığı əsas rol oynayıb".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib. Tədbirlərdə ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam