Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş -Azərbaycan hərbçiləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

Yenixeber.org: Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Ö.Litzenberq Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiyini bildirib.

Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. ABŞ səfiri təlimdə iştirak edən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra polkovnik Siyavuş Mustafayev “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışaraq bu kimi təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük önəm daşıdığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam