Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

 

Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə fəaliyyət müddəti başa çatan hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi qeyd edilib, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında hərbi əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və ona gələcək xidmətlərində uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən hərbi attaşe briqada generalı Z.Ocak ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam