Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb - FOTOLAR

“Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb - FOTOLAR
“Hərbyyə - Xəzər” düşərgəsinin birinci günündə şəxsi heyətin ilkin mərhələdə artilleriya atışlarına hazırlığı, rabitə vasitələrindən kodlaşdırılmış şəkildə məlumatların ötürülməsi, daxil olmuş məlumatın kodlaşdırılması, açılması, vaxtında ötürülməsi izah olunub.
Yenixeber.org:   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, iştirakçılar simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsində də iştirak ediblər. Həmçinin dəniz düyünlərinin vurulması formaları, qaydaları, növləri, gəmilərdə qəza anında yanğınla mübarizə zamanı geyim qaydaları barədə məlumat verilib. Sonda qayıqlarda estafet yarışları keçirilib.



Düşərgənin ikinci günündə isə Sahil Mühafizəsinin Tədris Mərkəzi və Muzeyi ilə tanışlıqdan sonra iştirakçılar silahın sökülüb-yığılması təliminə cəlb olunublar, müvafiq normativlər götürülüb.



Sonra kəndirin dartılması, burazın dairəyə, xilasedici dairənin təyin olunmuş nöqtəyə atılması, maneə zolağının keçilməsi müsabiqələri keçirilib. İştirakçıların Dövlət Sərhəd Xidmətinin xüsusi təlim görmüş xidməti itləri ilə tanışlığından sonra layihənin bağlanış mərasimi keçirilib.



Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib. Tədbirdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.



Düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb. “Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunmuş sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam