Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

56 rayon və şəhərdə əmək yarmarkası keçirilib

    

56 rayon və şəhərdə əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 56 rayon və şəhərində əmək yarmarkaları keçirilib.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara onların yaşadıqları ərazilərdəki müəssisələrdən vakant iş yerləri təklif edilib. 4,1 min şəxsə seçdikləri və əmək bacarıqlarına uyğun olan vakant iş yerlərinə göndəriş verilib. Bu günədək onlardan artıq 85 faizi həmin göndərişlər əsasında uyğun işlə təmin olunublar.

Göndərişlər əsasında məşğulluğu təmin olunanların bir hissəsini sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil edib.

Əmək yarmarkaları zamanı 209 nəfər ödənişli ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapmaqda çətinlik çəkən 276 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata götürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam