Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DSX - Xəzərdə təlimlər keçirib

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən, Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər də­ni­zinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv müba­rizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbər­dar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində tədbirləri davam etdirir.

Yenixeber.org: DSX-dan verilən məlumata görə, bu tədbirlər çərçivəsində iyul ayının 31-dən avqust ayının 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” möv­zusunda taktiki təlimlər keçirilib.

Taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri Azərbaycan Res­pub­li­kasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əli­yevin tapşırığı əsasında Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi"ndə inşa edilib. Gəmilər iti­sürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki ava­dan­lıqlarla, o cümlədən müasir silahlarla təchiz edilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublika­sının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin müha­fizə­si­nin təşkili və Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələrinin döyüş hazır­lığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırıl­ması, mə­lumat müba­diləsinin təkmilləşdirilməsi olub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket kom­plekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hə­dəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz in­frastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qrup­larının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilmiş, küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yük­sək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələrin əldə olunması münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyi­nin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri ol­du­ğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­diril­mə­si və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam