Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

DYP-dən “səs gücləndirci” quraşdıranlara çağırış

DYP-dən “səs gücləndirci” quraşdıranlara çağırış
Son vaxtlar Bakı şəhərində bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqlarla maşınların səsinin süni şəkildə artırılması halları artıb.
Yenixeber.org:   Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, Vaqif Əsədov  bildirib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıqlar quraşdırılması halları müşahidə olunur: 

"Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Amma təəssüflər olsun ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur". 

Vurğulanıb ki, cəmiyyətin hər bir üzvünün bu mövzuda fəal iştirakı olmaldır: "Hər kəs bu tip maşınların olmasının əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səs gücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın. Mən də bir paytaxt sakini kimi elə hallara qarşı olduğumu da demək istəyirəm. 

Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıqlar quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıqlar zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunsun". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam