Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Arxeoloqlar Krım Atlantidasının sirrini açırlar

Arxeoloqlar 2020-ci ildə Krımın yaxınlığında suyun altında qalmış Akra şəhərində qazıntıları davam etdirəcəklər. 

Yenixeber.org: TASS xəbər verir ki, Qara dənizdə sualtı tədqiqatlar mərkəzinin direktor müavini Viktor Vaxromeyev bu ərazidə çoxlu sayda unikal mədəniyyət abidələrinin olduğunu qeyd edib.

Krımın Atlantidasında hansı sirlər mövcuddur? Arxeoloqlar bildirirlər ki, Akra şəhərinin qalıqlarının 90 faizi suyun altında, 10 faizi isə quruda qalıb. Onlar şəhərin quru hissəsində qazıntılara başlayıblar, suyun altında isə ekspedisiya gələn il təşkil ediləcək. Qədim yaşayış məskəninin arxeoloji tədqiqatı 1982-ci ildə başlayıb. Həmin il Krımın sakinlərindən biri Akranın quru hissəsində çoxlu sayda qədim sikkə tapmışdı. O vaxt təşkil edilən ekspedisiya müəyyən etmişdi ki, şəhərin böyük bir hissəsi suyun altında qalıb. Alimlər tarixi mənbələrə istinadla müəyyən ediblər ki, Akranın əsasını Bosfor dövlətləri – Nimfeya və Pantikapeyanın sakinləri qoyublar. Bu şəhər Takil burnunun şimal-şərq hissəsini əhatə edib və IV əsrin əvvəllərinə qədər Bosfor dövlətinin tərkibində olub. Yeni və köhnə eranın ayrılması dövründə Qara dənizdə suyun səviyyəsinin qalxması nəticəsində Akra 4 metr dənizin altında qalıb. İndiyədək şəhərin ərazisinin 5 faizini aşkar etmək və orada ilkin tikililər və qüllələrin qalıqlarını tapmaq mümkün olub. İyulun 1-dən başlayan və avqustun 1-də başa çatacaq ekspedisiya isə artıq şəhərin müdafiə istehkamlarının 70 metrini üzə çıxarıb.

Arxeoloqların düşərgəsi Qara dənizi Yanış gölündən ayıran qumlu zolaqda yerləşir. Onlar bu ərazidə gil qabların qalıqlarını və qədim sikkələri aşkar ediblər. Sevastopol Dövlət Universitetinin arxeoloqları isə qədim şəhərin dənizin altında qalmış hissəsini tədqiq edəcəklər. Ekspedisiyada alimlərlə yanaşı, tələbələr də iştirak edirlər. Gələcəkdə Akranın vizual bərpası layihəsinin hazırlanması da nəzərdə tutulur. (azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam