Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qəbiristanlıqda yüzlərlə cəsəd yoxa çıxdı -SİRLİ HADİSƏ

 

Polşanın Krakov şəhərində qədim qəbirstanlıqda arxeoloqlar tərəfindən aşkar edilmiş yüzlərlə insan skeleti gözlənilmədən yoxa çıxıb


Yenixeber.org: Unikal hadisə Krakovda qədim Vavel qalası yaxınlığında baş verib. Əvvəl arxeoloqlar təxminən XIII əsrə aid olan kiçik qəbiristanlıq aşkar ediblər. Orada yüzlərlə insanın basdırılmış qalıqlarları olub. Alimlər tapıntı ilə necə rəftar etmələrini planlaşdıraraq, 2 həftə sonra hadisə yerinə gələndə, orada heç bir skelet görməyiblər.
Nə yerli hakimiyyət, nə də arxeoloqlar baş verənləri izah etməyi bacarmırlar. Arxeoloq Yan Yançikovskinin sözlərinə görə, orada həm də qəbiristanlıq ərazisindən dağıdılmış kilsəyə aparan yeraltı tunel olub. İşə yerli polis cəlb olunub. Onların ehtimalına görə, qədim qəbiristanlığın yerində mehmanxana tikmək istəyən yerli inşaat firmalarından biri cəsədlərin qalıqlarlarını harasa aparıb.
Polşa qanunlarına əsasən, istənilən arxeoloji tapıntı yerində tədqiq edilməli, sonra isə Krakov Yaqellonskiy universitetinin antropologiya və biotibb tədqiqatları bölməsinə çatdırılmalıdır. Ancaq tələskən biznesmenlər düşünüblər ki, qalıqların öyrənilməsi onların mehmanxana tikintisindən daha az əhəmiyyətlidir. Beləliklə, ilkin versiyaya görə, onlar skeletləri tez bir zamanda aparıb haradasa basdırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam