Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binəqədi rayonunda Bayram tədbiri keçirilib

 

Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edildi

 

"Xeberinfo.com":  2014-cü il dekabrın 26-da “Versal ” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, 2014-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatımızın inkişaf etdiyini, Dövlət Proqramlarının icra edildiyini, ümumilikdə, 2014-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirildi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirdi.
Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs  fəxri fərmanlarla mükafatlandırıldı.

Daha sonra  Binəqədi rayonunun 2014-cü ilin uğurlarına həsr olunmuş videoçarx nümayiş edildi.
Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Eyni zamanda rayonun balaca sakinlərinin iştirak etdiyi tədbirdə  Şaxta baba,qar qızın tədbirə qatılması şənliyə ahəng qat
. Maraqlı əyləncəli viktorinalar, möhtəşəm rəqslər, şou proqram tədbir iştirakçılarında yüksək əhval-ruhiyə yaratdı.

 

Tədbirin sonunda Dünyanın müxtəlif ölkələrində yaşayan Binəqədililərin təbriklərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.


























Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam