Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Binəqədi rayonunda humanitar sahədə görüləcək işlər müzakirə edilmişdir

 

 

"Xeberinfo.com": Binəqədi Rayon İcra Hakimiyyətində humanitar sahədə ətraflı və dolğun təhlillərin aparılması və strateji istiqamətlərin müəyyən edilməsi müzakirə edilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

Tədbirdə humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi və bu siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyalı fəaliyyəti Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısında duran prioritet məsələlərdən biri kimi səciyyələndirilmişdir.

 


 

Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti və digər sahələrdə qarşıda duran vəzifələrin icrası məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalamışdır. Sərəncama əsasən tədbirlər planı hazırlanmış və orada müvafiq istiqamətlər üzrə strateji hədəflər müəyyənləşdirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri açıq elan etmiş və giriş nitqi söyləmişdir. RİH başçısı çıxışında indiyədək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

 

 

Tədbir RİH başçısının müavini Aygün Əliyevanın Tədbirlər Planı barədə ətraflı məlumat verməsi ilə davam etmişdir. A.Əliyeva rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahəsindəki mövcud vəziyyəti barədə geniş məruzə çıxış etmiş, uğurlarla yanaşı, həmin sahələrdə  mövcud olan bir sıra çatışmazlıqları da diqqətə çatdırmış və onların aradan qaldırılması ilə bağlı görüləcək işlərdən danışmışdır.

 

 

Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov çıxışında humanitar sahədə görülən işlərdə uğur qazanılması üçün cəmiyyətin bütün fəalları, xüsusilə də ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd etmişdir.

 

 

Tədbirlər Planı ətrafında çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov ictimai asayişin qorunması, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyətini vurğulamışdır.

 

 

 

Müzakirələr Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yekun çıxışı ilə başa çatmışdır. RİH başçısı qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar vermişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam