Binəqədidə bu ilin birinci yarısına həsr olunmuş hesabat yığıncağı keçirilib
Binəqədi rayonunda 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
"Xeberinfo.com": İyulun 28-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və uzun müddət üçün hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrasının artıq son illər tendensiya halına düşərək uğurlu nəticələrini verməkdə olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı hesabat məruzəsi ilə çıxış edərək ölkə başçısının yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində 2015-ci ilin birinci yarısının da inkişaf və tərəqqi ilə başa vurulduğunu bildirdi.
Çıxışda qeyd edildi ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə edilmişdir, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1,0 faiz, nəqliyyat sektorunda 20,0%, rabitə sektorunda 1,0% artım müşahidə olunmuşdur. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 43607,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 452,7 manat təşkil etmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1 mln 899 min manat təşkil etmişdir. 2015-ci ilin 6 ayı ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,6% artaraq, 406,8 manata çatmışdır.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini qeyd etdi ki, hesabat dövrü ərzində sakinlərin kommunal səhədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapmışdır. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunmuş, genişmiqyaslı işlər görülmüşdür. Həmçinin, Proqrama əsasən Bakı Atıcılıq Mərkəzinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün Veloparkın inşası işləri 2015-ci ilin mart ayında yekunlaşmış, yeni “Gənclər evi”nin istifadəyə verilməsi ilə əlaqədar tamamlanma işləri başa çatdırılmışdır.
Həmçinin 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin bir neçəsinin rayon ərazisində yerləşməsi, həmçinin komplekslərə gedən marşrutun bir hissəsinin Binəqədi rayonu ərazisindən keçməsi səbəbindən, son illər Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri daha da intensivləşmişdir.
Hesabat dövründə əhalinin sosial müdafiəsi və məşğulluğunun artırılması istiqamətində aparılan islahatlar haqqında çıxış edən Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev bildirdi ki, 2015-ci il iyul ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3361 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 985 nəfər vətəndaş müraciət etmişdir ki, bunlardan 334 nəfəri, o cümlədən 87 nəfəri qadın olmaqla müxtəlif sahələrdə daimi işlə təmin edilmiş və 92 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur. 2015-ci ilin 6 ayı ərzində 101 nəfərə isə işsizlik müavinəti təyin olunmuşdur.
Daha sonra 1646 Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov çıxış edərək hesabat dövrü ərzində Xidmətə daxil olan müraciətlərin icra vəziyyəti barədə məlumat vermişdir.
Şura iclasının qərar layihəsinin oxunduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab İlqar Sülüymanovu təltiflə əlaqədar təbrik etdi.
İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki,hesabat dövrü ərzində sakinlərin kommunal səhədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapmışdır.