Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Levon Ter-Petrosyan istintaqda 3 saat dindirilib

 

 

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2008-ci il martın 1-2-də Yerevanda baş vermiş hadisələrlə bağlı müstəntiqlərə 3 saat ifadə verib.

Yenixeber.org: “Sputnik Armeniya” bildirir ki, lakin sabiq dövlət başçısı hadisələrlə bağlı yeni fikir söyləməyib.

“Çox güman ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan müstəntiqlərə 2008-ci il martın 1-2-də baş verən hadisələri ilə bağlı xronologiya təqdim edib. Xronologiyadan başqa müstəntiqlər ona “Yeravandakı hadisələr nəticəsində insanların ölmü barədə nə deyə biləriniz” sualına müxalifətin o vaxtkı lideri belə cavab verib: “Bu məsələ ilə bağlı hər hansı versiya irəli sürmək haqqım yoxdur”, agentliyin məlumatında bildirilib.  

Qeyd edək ki, ondan əvvəl keçmiş prezident Serj Sarqsyan həmin hadisələrlə bağlı dindirilmişdi.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt  Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan etmişdi. Digər namizəd-Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. 

2008-ci il martın 1-2-də Ermənstanda keçirilən prezident seçkisinin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq geniş aksiyalar keçirilmişdi. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıb.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci ilin iyulun 27-də həbs olunub.(report)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam