Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Koçaryan iyulun 26-da dindiriləcək –Ermənistanın keçmiş siyasi elitası agır cinayətlərdə suçlanır

Ermənistanın ikinci prezidenti Robert Koçaryan iyulun 26-da Xüsusi İstintaq Xidmətində istintaqa çağırılıb. Bu haqda xidmətin rəhbəri Sasun Xaçatıryan məlumat verib.

Yenixeber.org: Koçaryan 2008-ci ilin 1 mart hadisələri üzrə şahid kimi ifadə verməyə çağırılıb. İş üzrə Yerevan qarnizonunun ovaxtkı rəhbəri Yuri Xaçaturov da şahid kimi dindiriləcək. Təqsirləndirilən isə keçmiş müdafiə naziri Mixael  Arutiunyandır. O, hazırda xaricdədir.

Koçaryanın idarəsi daha öncə onun iyulun 25-də Ermənistana qayıdacağını, hüquq-mühafizə orqanlarının suallarını cavablandırmaqda problem görmədiyini açıqlamışdı.

“Cənab Koçaryana çağırış göndərilib və onun iyulun 26-da istintaqa gələcəyi gözlənir”, – deyə Xaçatıryan  deyib.

“Dindirilmənin videoçəkilişi aparılacaqmı” sualına cavabında o deyib ki, bu məsələ, hələlik, müzakirə olunmayıb.

2008-ci ildə müxalifət hərəkatının başında olanlar dindirilməyə çağırılıbmı? Xüsusi İstintaq Xidməti bu məsələyə aydınlıq gətirməyib. Söhbət ilk növbədə birinci prezident Levon Ter-Petrosyan və indiki baş nazir Nikol Paşinyan-dan gedir.

“Dindirilməyə kimin çağrılmasıyla bağlı heç bir məhdudiyyət yoxdur. Şahid kimi vacib informasiyası ola biləcək istənilən şəxs dindirilə bilər”, – Sasun Xaçaturyan deyib.

“Petrosyan və Paşinyan istintaqa çağırılıbmı?” “Azadlıq Radiosu”nun erməni xidmətinin bu sualına qurum rəhbəri indi cavab vermək istəmədiyini açıqlayıb.

Qeyd edək ki, 2008-ci il martın 1-də, Serj Sarkisyan-ın qalib gəldiyi prezident seçkisindən sonra kütləvi etirazlar olmuş, hüquq mühafizə orqanları ilə etirazçılar toqquşmuşdu. Martın 1-də səhər polislər Yerevandakı Azadlıq meydanında gecələyən müxalifətçilərə hücum etmişdi. Müxalifətçilər seçkinin rəsmi nəticələrinə etiraz edirdilər. Həmin gün baş vermiş toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Qanlı hadisələrdən 10 il keçir, ancaq ölüm səbəbləri də hələ də aydın deyil.

Bu ilin aprel-mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Sasun Xaçatıryan istintaq xidmətinin rəhbəri təyin olunub. O deyib ki, “1 mart” işinin açılmasından ötrü xidmətin siyasi iradəsi var.

Xidmət iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mixael Arutiunyan “1 mart” işi üzrə təqsirləndirilən qismində cəlb olunub, ona ittiham irəli sürülüb, axtarış elan edilib. Məhkəmə Arutyunyan barəsində iki aylıq qiyabi həbs qərarı çıxarıb.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam