Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Koçaryana görə yüksək vəzifəli məmurlar dindirildi

Koçaryana görə yüksək vəzifəli məmurlar dindirildi

Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryana qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində bir sıra yüksək vəzifəli dövlət məmurlarının ifadəsi alınıb.
Yenixeber.org: Bu barədə Koçaryanın vəkili Ayk Alumyan mətbuata açıqlamasında bildirib. Lakin dindirilən məmurların kimliyi barədə məlumat verməyib. 

Alumyan onu da qeyd edib ki, sabiq prezident Serj Sarkisyan və 2008-ci ildə müdafiə nazirinin müavini olan general Manvel Qriqoryan da istintaq orqanına çağırılaraq mart hadisələri ilə əlaqədar dindirilsələr də, onların heç birinin 2008-ci ilin 23 fevral-2 mart tarixlərində Ermənistanda konstitusiya quruluşunun devrilməsi üzrə açılan cinayət işi ilə bağlı şahidlik etmələrinə dair məlumat yoxdur. 



Vəkilin sözlərinə görə, əgər hətta Sarkisyan və Qriqoryan mart hadisələri ilə bağlı şahidlik ediblərsə belə, müstəntiqlər onların ifadəsini Koçaryana qarşı açılan cinayət işində sübut kimi təqdim etməyiblər. 

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin müddəti yanvarın 18-də iki ay müddətinə uzadılıb. 

Ötən gün isə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Xüsusi İstintaq Komitəsinə çağırılaraq, mart hadisələri ilə əlaqədar 5 saat dindirilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam