Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu ölkədə Hökumət vətəndaşların tələbini rədd etdi

 

Britaniya hökuməti vətəndaşların tələbini rədd etdi
Baxmayaraq ki, “Brexit” əleyhinə petisiya imzalayan vətəndaşların sayı 6 milyona çatır, Böyük Britaniya hökuməti onların tələbini yerinə yetirməyəcək.

Yenixeber.org: "Deutsche Welle” xəbər verir ki, bu barədə Britaniyanın “Brexit” məsələləri üzrə nazirliyinin parlamentin rəsmi saytında yerləşdirilən petisiya mətninin altında yazdığı cavabında deyilir.
“Biz 2016-cı ildə keçirilən referendumun nəticələrinə hörmət edəcəyik və “Brexit”in lehinə, yaxud əleyhinə səs vermələrindən asılı olmayaraq hamı üçün fayda gətirəcək çıxışı (Avropa İttifaqından) təmin etmək üzərində işləyəcəyik” – sənəddə qeyd olunub.

O da vurğulanıb ki, Lissabon müqaviləsinin Avropa İttifaqından çıxışı nəzərdə tutan 50-ci maddəsindən imtina yolu İttifaqda üzvlüyün davam etdirilməsi “milyonlarla seçicinin hökumətə göstərdiyi etimadı və demokratiyamızı sarsıdacaq”. Həmçinin,Britaniyanın Aİ-nın tərkibində qalmasına dair petisiyanı çox sayda vətəndaşın dəstəklədiyi etiraf edən nazirlik, bununla belə bildirib ki, “ 2016-cı ildəki referendumda Britaniya seçicilərinin ¾-ü iştirak edərək öz iradələrini ifadə ediblər” və siyasətçilər də həmin referendumun nəticələrini nəzərə alacaqlar.

Britaniya parlamenti isə 5,8 milyondan çox vətəndaşın imzaladığı petisiyanı aprelin 1-də müzakirəyə çıxaracaq. Bu, Britaniya tarixində indiyədək parlamentin saytında yerləşdirilən ən populyar petisiya olub.

Qeyd edək ki, bu gün Britaniya parlamentinin İcmalar Palatası ölkənin Aİ-dan alternativ çıxış yolları üzrə səsvermə keçirəcək. Variantlar sırasında “Brexit”dən sonra Aİ ilə daha sıx əməkdaşlıq və ya təkrar referendumun keçirilməsi də var. Hətta üzvlükdən imtina ilə bağlı Brüsselə göndərilən rəsmi müraciətin geri alınması yolu ilə “Brexit”dən birbaşa imtina variantı da nəzərdən keçirilir.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi BöyükBritaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatmalı və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoymalı idi. Lakin Britaniya parlamenti ölkənin Avropaİttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini iki dəfə rədd etdiyindən, London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Amma mayın 23-də Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam