Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mey “Brexit” üzrə yeni planını açıqlayacaq

 

Mey “Brexit” üzrə yeni planını açıqlayacaq

Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün parlamentə “Brexit” üzrə yenilənmiş planı təqdim edəcək.

 Yenixeber.org: Bu haqda “Röyters” agentliyi yazıb.

Meyin “Brexit” üzrə yeni planının detalları açıqlanmır, ancaq KİV gözləyir ki, leyboristləri öz tərəfinə cəlb etmək üçün baş nazir öz mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirməli olacaq.

Təkliflər üzrə müzakirə və səsvermə yanvarın 29-da İcmalar Palatasında planlaşdırılıb.

Qeyd edək ki, Britaniya parlamentariləri yanvarın 15-də Brüssel ilə ölkənin Avropa İttifaqından çıxması haqqında sövdələşməyə qarşı çıxıb. İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.

Bundan əlavə, parlamentarilər 600 səs əleyhinə, 24-ü isə lehinə olmaqla, "Brexit" müqaviləsinə ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək (geri qaytarmaq) hüququ verən düzəlişləri təsdiq etməyiblər.

Yanvarın 16-da isə Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib.

Ömər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam