Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Tiflis “Qazprom”la anlaşdı:İrəvana qaz nəqli

 

 

 

Gürcüstan İqtisadiyyat Nazirliyi ilə “Qazprom” şirkəti arasında Ermənistana Gürcüstan ərazisindən qaz tranziti üzrə yeni razılaşma ilə bağlı danışıqlar başa çatıb.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib.

“Danışıqlar faktiki olaraq başa çatıb. İqtisadiyyat Nazirliyinin danışıqlarda hansı prinsipləri rəhbər tutduğunu xatırlatmaq istəyirəm. Birincisi, bizim enerji asılılığımız, ikincisi bu müqavilədəki mövqeyimizin yaxşılaşdırılmasıyla bağlı idi. Danışıqlar bu prinsiplərin tam nəzərə alınmasıyla başa çatıb” – deyə o bildirib.

O, razılaşmanın detallarının iqtisadiyyat nazirinin hökumətin iclasında çıxışından sonra bəlli olacağını deyib.

Qeyd edək ki, Gürcüstan sonuncu dəfə “Qazprom”la 2017-ci ilin yanvarında razılaşma imzalayıb. İki illiyinə imzalanan razılaşmada yeni şərtlər yer almışdı. Razılaşmaya əsasən, Gürcüstan qaz tranzitinə görə ödənişi birinci il qismən, ikinci il isə tam şəkildə pulla almalı idi. Bu vaxta qədər Tiflis tranzitə görə ödənişi yalnız qazla alırdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam