Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gürcüstan Rusiyadan qaz alacaq?

Yenixeber.org: “Vzqlyad” qəzetinin məlumatına görə, bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliya parlamentin komitə iclasında deyib.

Onun sözlərinə görə, diversifikasiya olacaq və qazın qiymətində rəqabət yaranacaq.

“İstəyirik ki, qazın bir deyil, bir neçə tədarükçüsü olsun”, - nazir deyib.

O bildirib ki, Rusiya ilə danışıqlar çətindir və vaxt tələb edir, çünki Gürcüstan şərtlərin yaxşılaşdırılmasını istəyir.

Nazir Gürcüstanın Rusiyadan hansı həcmdə qaz almaq istədiyini açıqlamayıb.

Georgi Kobuliyanın açıqlaması Gürcüstan müxalifətinin sərt tənqidlərinə səbəb olub.

“Vahid milli hərəkat”dan olan deputat Roman Qotsiridze deyib ki, monetizasiyadan əvvəl Gürcüstan tranzit zamanı 200 milyon kubmetr rus qazını özünə saxlayırdı, bu isə 40 milyon dollar deməkdir.

“İndi isə bizə tranzitə görə 11 milyon dollar verirlər, daha doğrusu, biz təxminən 30 milyon dollar itiririk”, - o bildirib.

Tranzitlə bağlı razılaşma imzalanmayıb.

"Bu o deməkdir ki, Gürcüstan yarım ildir rus qazını Ermənistana heç bir razılaşma olmadan göndərir", - deyə Qotsiridze əlavə edib.

Gürcüstanın qaza tələbatı ildə təxminən 2,5 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildən rus qazının alışını dayandırıb. Onun qaza olan tələbatını Azərbaycan qarşılayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam