Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ölkələr Kaşoqi cinayətini qınadı

 

36 ölkə Kaşoqi cinayətini qınadı
Avropa İttifaqına üzv olan 28 ölkə də daxil olmaqla, ümumilikdə 36 ölkə səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilməsini sərt şəkildə qınayıblar.
 Yenixeber.org: BMT-nin İnsan Hüquqları üzrə Komitəsində 36 ölkə Səudiyyə Ərəbistanının insan hüquqları mövzusunda etdiyi pozuntuları və əməllərinin ciddi tənqid edildiyi birgə bəyanat imzalayıblar. 

Bəyanatda Kaşoqinin qətlində günahkar olanların tez bir zamanda məsuliyyətə cəlb edilməsi tələb edilir, həmçinin, Ər-Riyad cinayətlə bağlı BMT-nin apardığı araşdırmada əməkdaşlığa və həbsdə olan hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəallarını sərbəst buraxmağa çağırılır. 

Avropa İttifaqı təmsilçilərindən biri “bu məsələdə birləşə bilmək Avropa üçün bir nailiyyətdir” deyib. 

Qeyd edək ki, imzalanan birgə bəyanat BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 2006-cı ildə yaranmasından bəri Səudiyyənin sərt şəkildə qınandığı ilk sənəddir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam