Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Xocalı soyqırımı qurbanları Konyak şəhərində yad edilib -FOTOLAR

 

Xocalı soyqırımı qurbanları Konyak şəhərində yad edilib - FOTOLAR
Azərbaycan Dostları Assosiasiyası Fransanın Konyak şəhərində, meriyanın əməkdaşlığı ilə Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar musiqili anım mərasimi keçirib.
Yenixeber.org: ADA-dan verilən məlumata görə, mərasim qətliam qurbanlarının xatirəsinə və eləcə də xalqlar arasında sülhün bərqərar olmasına həsr olunub. Anım mərasimində məşhur fransız bəstəkarı Pier Tilluanın Xocalı soyqırımına həsr etdiyi "Xocalı 613" kompozisiyası və eləcə də Azərbaycan və xarici bəstəkarların klassik musiqisi səsləndirilib.



Xatırladaq ki, 2014- cü ildə AzərbaycanınTovuz və Fransanın Konyak şəhərlərinin qardaşlaşması haqqında protokol imzalanmışdır. Tədbiri açan Konyak şəhərinin meri Mişel Quranşas tamaşıçılara Konyak və Tovuz şəhərləri arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri barədə məlumat verib. O bildirib ki, bu qardaşlaşma şəhərlər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradıb.



Daha sonra Azərbaycan Dostları Assosiasiyasının sədri, Fransa Parlamentinin sabiq üzvü Jan-Fransua Mansel səmimi qonaqpərvərliyə görə Konyak şəhərinin merinə minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin baş müşaviri Vaqif Ağayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb.



O, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını bildirib.



Fevralın 26-nın Azərbaycan tarixinə qara hərflərlə yazıldığını və 26 il əvvəl şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib. O, Xocalı faciəsinin gurbanlarının xatirəsini yad efərək bu haqqsızlığa beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə və işğal edilmiş regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirdi. "Xocalı 613" əsərinin müəllifi Pyer Tilua (Pierre Thilloy) Fransada və digər Avropa ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə fikirlərini bölüşüb.



O, qeyd edib ki, Azərbaycanı yaxından tanıdıqdan sonra ölkəmizə sözün həqiqi mənasında heyran olub. Bəstəkar Azərbaycanın ən ağrılı yaralarından olan Xocalısoyqırımı haqqında məlumat aldıqdan sonra "Xocalı 613" əsərini bəstələdiyini və soyqırım qurbanlarının acılarını musiqinin dili ilə ifa etdiyini diqqətə çatdırıb. O, bu əsərin sülhə və bir daha belə faciələrin törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.



Konsertdə Brüssel konservatoriyasının gənc solistlərindən ibarət olan kvarteti solo ifaçıları, Ingiltərədə yaşayıb fəaliyyət göstərən həmyerlimiz, skripkaçı Səbinə Rakçiyeva və Fransada yaşayan nəfəs alətləri ifaçısı Səddam Novruzbəyov müşaiyət edib. Konsert dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılandi.(azvision) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam