Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Sabiq polislər cinayət başında yaxalandılar

 

2014-cü il dekabrın 9-da paytaxtın Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub.
 
"Xeberinfo.com":  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılib.
 
Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirərək qanunazidd  hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilib. 
 
Onların əməllərində CM-nin 310-cu (“Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə") maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam