Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"ASAN xidmət"in "əməkdaşları" tutuldular

 

 

 

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

   "xeberinfo.com": Qurumun mətbuat xidmətindən əldə etdiyimiz  məlumata görə, Bərdə, Şəki, Saatlı və Salyan rayon sakinlərinin özlərini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş bir qrup şəxsin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalarla müəyyən edilib ki, özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti”, “Daşınmaz Əmlakın Qiymətləndirilməsi”, “Qiymətləndirmə Xidməti”, “S.F.Qiymətləndirmə” və “Kamal SF” Məhdud Məsuliyyətli Cəmiyyətlərin vəzifəli şəxsləri və əməkdaşları Rauf Zülfüqarov, Vüsal Baxşəliyev, Vüsal Əmiri, Hüseyn Abdullayev, Murad Qəribov və digərləri Bərdə, Şəki, Saatlı, Salyan və digər rayon sakinlərindən torpaq sahələrinin və fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnamələrinin verilməsi, fərdi tikinti evlərinin qiymətləndirilməsi, əmlakın qiymətləndirilməsi pasportunun hazırlanması və digər xidmətlər müqabilində müxtəlif məbləğlərdə pul tələb etməklə alıblar.

      Adıçəkilən cəmiyyətlərin vəzifəli şəxslərinin göstərdikləri xidmət müqabilində pul tələb edib almalarında və bununla da Dövlət Agentliyinin və digər dövlət qurumlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

     Hazırda həmin MMC-lərin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam