Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Erməni qəzeti Ermənistandakı irqçilikdən yazdı

 

Yenixeber.org: Ermənistanda 2019-cu il irqçilik çıxışları ilə başlayıb. Change.org-da açılan bir imza kampaniyasında Hindistan və Pakistan vətəndaşlarının Ermənistana köçməyindən narahat olduğunu, bunun ölkənin demoqrafik quruluşuna təsir etdiyini deyən bir vətəndaş yaradılacaq Ermənistan hökumətini bu ölkələrlə köçürmə siyasətini nəzərdən keçirməyə çağırıb.

Kampaniyada yüzlərlə imza toplanması sosial mediada müzakirələrə səbəb olub. Qısa müddətdən sonra mübahisəli imza kampaniyası Change.org saytından götürülüb. Bunun səbəbi kimi gələn reaksiyalar və mətnin məzmununda yer alan irqçi fikirlər olduğu iddia edilir.

Mu mövzu ilə bağlı agos.com.tr saytının əməkdaşı Varduhi Balyan irqçi və islamofobik imza kampaniyasını aparan və uzun illər milli azlıqların hüquqlarını müdafiə edən rejissor və yazıçı Hovhannes İşhanyandan qısa müsahibə alıb.

AzNews.az həmin müsahibəni sizə təqdim edir:

- Hindistan və Pakistan vətəndaşlarına irqçi imza kampaniyasını kim və hansı məqsədlə başladıb?

- İnsanda niyə və nə üçün bu cür imza kampaniyası başlatmaq fikri yaranar, hazırda təxmin etmək çətindir. Bəlkə də hindistanlıların yeni il gecəsi meydanda rəqs etməklərindən narahat olublar. Bunu deyərkən imza kampaniyasını başladan adamın “Sasun Dəliləri” (Sasna Dzrer) qrupu üzvü olduqlarını unutmamaq lazımdır. Bu kampaniya insanlara qorxutmaq üçün atılmış cahil bir addımdır. Məsələn, imza mətnində Pakistandan Ermənistana köçdən danışılır. Pakistandan Ermənistana köç müzakirə mövzusu deyil. Bu cahillikdir, Pakistan-Ermənistan əlaqələrini bilməməkdir. Ya da bu əlaqələri çox yaxşı bilməklərinə rəğmən insanların Pakistandan gəldiyini deyərək ictimaiyyətin qorxu içində kampanyanı imzalamaqlarına çalışırlar.

Hindistanlılara gəldikdə isə onlar qədim zamanlardan Ermənistana gəlməklərinə baxmayaraq bu günə qədər təhlükəsizlik problemi halına gəlməyiblər. Bəziləri erməni dilində öyrənib burda qaldı, bəziləri evlənib iş qurdular. Buna baxmayaraq bu günə qədər belə bir imza kampaniyası başlatmaq heç kimin ağlına gəlməmişdi. Bu edilən ermənicə öyrənən, erməni mədəniyyətini sevən insanlara təhqirdir.

- İmza kampaniyası LGBT+ üzvünün döyüldüyünə dair yalanlar başladı. Bunlar arasında əlaqə varmı?

- Azlıqların mübarizəsi Ermənistan xalqının zəif tərəflərindən biridir. Bir tərəf miflər və uydurmalarla olmayan problemlərə qarşı özlərini müdafiə etməyə çalışır. Həmin mənasız müdafiə və nifrət dolu sözlər isə digər tərəfin reaksiya verməyinə səbəb olur. Bu mövzular davamlı olaraq havada qalır və lazım olanda istifadə edilir. Bu il Dağlıq Qarabağda bir homoseksualın döyüldüyünə dair reallıqdan kənar məlumatlar yayıldı. Bu iki hadisənin bir-birinə aiddiyatı yoxdur. Bu iki hadisə arasında əlaqə yaratmağa çalışsaq, reallıqda nə olduğunu anlamağımız daha da çətinləşir.

- Hökumətdən bu mövzuda gözləntiləriniz nədir?

- Bu imza kampaniyasını başladanlar yəqin ki, özlərini irqçi olaraq görmürlər və bunu ölkənin təhlükəsizliyi üçün etdiklərini düşünürlər. Lakin bu düzgün deyil. Onlar insanlarda irqçilik yaradır. Bir neçə yüz imza yığaraq başqalarından nifrət edən insanların bir yerə yığılıb xaricilərə qarşı nifrətlərini yüksək səslə dilə gətirəcəkləri vəziyyət yaratmağa çalışırlar. Bunun davamı küçədə insanlara lağ etmək, onları təhqir etməkdir. Kimliklərinə görə onlara xidmət etməmək, avtobusa mindirməmək, işə qəbul etməməkdir. Və bunun da ardınca şiddət gəlir. Bu vəziyyət ölkənin təhlükəsizliyini təhdid edir. Həm də bu azlıqlar şərəf və qürurlarını qorumaq üçün birləşərlər. Təbii ki, dövlət bununla bağlı addım atmasa, bu vəziyyət Ermənistan-Hindistan əlaqələrinə pis təsir edəcək. Üstəlik bu iki ölkə arasındakı əlaqələr hazırda heç də pis deyil. Hökumət bu qrupların böyüyüb güclənməməsi üçün tədbir görməlidir. Hökumət ayrı-seçkiliyə qarşı, nifrət cinayətlərinə qarşı qanunları tezliklə qüvvəyə mindirməlidir. Radikal irqçi qrupların güclənməsinin qarşısı ancaq belə alına bilər.

Qeyd: “Sasun Dəliləri” və ya “Sasna Dzrer” 2016-cı il iyulun 17-də İrəvanda polis mərkəzinə basqın edib hökumətin istefasını tələb edən qrupun adıdır. Basqın 14 gün davam edib və 31 iyulda qrupun silahı buraxması ilə sona çatıb..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam