Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

KÖRFƏZ ƏMƏKDAŞLIQ ŞURASI ÖLÜBMÜ? –Ərəb monarxiyalarının təşkilatı səmərəsiz quruma çevrilir

 

Dekabrın 9-da Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) zirvəsindən nə gözləmək olar?

Yenixeber.org: Bir çoxları bu ay baş tutacaq zirvənin bir il əvvəl Küveytdə keçirilən sonuncu toplantıdan nə ilə fərqlənəcəyi və ya necə olacağı ilə maraqlanır.

Gələcək görüşün necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, Fars körfəzi ölkələri rəsmilərinin son bəyanatları heç bir tərəfin heç olmasa yaxın gələcəkdə böyük güzəştə getmək iradəsinin olmadığını göstərir. Əksinə, tərəflərin ifadə etdiyi mövqe KƏŞ böhranının uzun müddət davam edə biləcəyinin əlamətidir.

Qətər 1 yanvar 2019-cu il tarixindən etibarən OPEK-dən çıxmaq qərarına gəlib, bundan sonra Bəhreynin xarici işlər naziri Şeyx Xalid bin Əhməd əl-Xəlifə Qətər böhranını “görünməmiş və çox dərin” adlandırıb. O, rəsmi Dohanı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderlik etdiyi bloka – KƏŞ-ə qayıdışına hər hansı bir ümidi aradan qaldırmaqda ittihamlayıb.

Zirvə toplantısı ilə əlaqədar olaraq əl-Xəlifə deyib: “Mübahisə yalnız qucaqlaşma ilə həll edilə bilməz. Yeni bir razılaşma, yeni rejim olmalı və Doha ciddi nəzarəti altına alınmalıdır”.

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud bu ayın əvvəlində Qətər əmirini zirvəyə dəvət etsə də, rəsmi Manamanın baş diplomatı təsdiqləyib ki, Qətər KƏŞ dövlətləri ilə bütün körpüləri yandırıb. Doha Şeyx Təmim bin Həməd əl-Sani və ya aşağı səviyyəli bir nümayəndə göndərməklə belə, bu körpüləri bərpa edə bilməyəcək.

Bunların heç biri Fars körfəzi ölkələrini barışığa doğru yönəltmir.

KƏŞ-in – subregional təşkilatın qurulduğu gündən (1981-ci il) bu yana Fars körfəzi monarxiyalarının 18 aylıq mübahisəni həll edə biləcək zirvəsini təsəvvür etmək çətindir. Ancaq tərəflər fərqlərini aşa bilmirsə və yığıncaq diplomatik əlaqələrin bərpa edilməsinə səbəb olmursa, belə bir uğursuz zirvənin mütləq mənada KƏŞ-in ölüm nişanəsi olacağını düşünməyə heç bir əsas yoxdur.

Liderlikdə və regional vəziyyətdəki dəyişikliklər ən azı bir nöqtədə təşkilatın 1981-ci ildən 2017-ci ilə qədər olan əhəmiyyətini bərpa edə bilər. Qətərin hələ də KƏŞ-də qalmasının səbəbi ümidini itirməməsidir. Yəni Riyadda və Əbu-Dəbidə hakimiyyətdə olan şəxslər dəyişə bilər.

Mübahisə daha çox fərdi səciyyəlidir: gücünü itirən vəliəhd şahzadə Məhəmməd bin Salman və ya Əbu-Dəbi Şahzadəsi Məhəmməd bin Zaid əl-Nayhan olmadan Qətər-Səudiyyə və ya Qətər-Əmirlik yaxınlaşması mümkündür. Amma hər iki tacdar şahzadənin hələlik iqtidarda qalması, Riyadın və Əbu-Dəbinin xarici siyasət gündəmini müəyyən etməsi prosesi dəyişmir. Axı məhz bu iki fərd 2017-ci ildə Qətər əmirini devrilməyə çalışıb, Qətərin blokun təsisçisi və Yəməndəki müharibədə müttəfiq KƏŞ üzvü olmasına baxmayaraq, ölkəni blokadaya alıblar.

İranda 1979-cu ilin İslam İnqilabı, 1990-cı ildə İraqın Küveyti işğal etməsi və 2014-cü ildə İŞİD-in yüksəlişi kimi bölgə böhranlar bütün KƏŞ dövlətlərini bir araya gətirib, lakin müxtəlif ziddiyyətlər də doğurub.

Həqiqətən Körfəz regionunun bəzi müşahidəçiləri ilk KƏŞ böhranının (mart-noyabr 2014), ərəb monarxiyalarında İŞİD-in meteorik yüksəlişindən doğan dərin qorxuları səbəbindən yarandığını iddia edir. Qətər, Səudiyyə, Əmirlik və Bəhreyn, liderlərinin fərqlərə baxmayaraq, bunun prioritet məsələ olmasına dair razılığa gəlib. Halbuki bugünkü KƏŞ böhranı Körfəz dövlətlərinin qismən İŞİD qalıqları tərəfindən daha az təhlükə altında olduğu dövrdə baş verir.

Oyunda bütün dəyişmələri nəzərə alaraq, Körfəz mübahisəsindəki bu çıxılmaz vəziyyətin davam edəcəyi barədə mərc gəlmək olar. Amma bu, KƏŞ-nin ölümü demək deyil. KƏŞ subregional təşkilat kimi fəaliyyət göstərməyə davam edəcək, ancaq ilk 36 illik dövründə olduğundan fərqli, səmərəli fəaliyyət göstərməyə bilər.

Yəni Körfəzdə böhrana səbəb olan məsələlər növbəti sammitdə siyasi baxımdan həlsiz qalacaq. Həqiqətən, bu sammitin ən yaxşı nəticəsi məhsuldar bir dialoq ola, beləliklə, potensial olaraq etibarın bərpa olunması üçün zəmin yaratmağa kömək edə bilərdi.

Səudiyyə və Əmirlik liderləri vurğulayırlar ki, böhranın həlli prioritetdir və Qətər hələ də “terrorist təşkilatlar”la əlaqəni saxlayır. Eyni zamanda, Əmir Təmim Qətərin muxtariyyətinə, müstəqilliyinə və suverenliyinə dəyər verilməsinə vurğu edir.

Dohanın OPEK-dən çıxma qərarı və Qətərin İran, Türkiyə, Hindistan, Çin, Rusiya və Qərb qüvvələri (həmçinin ABŞ) ilə dəstəklənməsi onun beynəlxalq meydanda gücünü göstərir.

Gələcəkdə Körfəzdəki hadisələrin necə olacağına baxmayaraq, KƏŞ üzvləri hər il görüşməyə və bir-birinə dərin inam hiss etmədən ən praktik əlaqələrə malik olmağa davam edə bilər. Bu, əlbəttə ki, KƏŞ-i ölü qurum etmir. Amma o, səmərəli fəaliyyəti olmayan quruma çevrilir.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam