Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Muxtariyyətin ləğvindən 23 il ötür

qarabaq_1

 

   Dağlıq Qarabağın muxtariyyət hüququnun ləğvindən 23 il ötür.

    "Xeberinfo.com": 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Həmin gün 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret və 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb.

“Media forum” saytı bildirir ki, Dağlıq Qarabağın sonuncu statusuna görə, muxtar vilayət Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və vilayət tabeli Stepanakert şəhərindən ibarət olub. Muxtar vilayətin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməzdi. Muxtar vilayətin inzibati ərazi quruluşu məsələləri muxtar vilayətin müvafiq dövlət orqanlarının rəyi nəzərə alınmaqla həll edilirdi.

Dağlıq Qarabağ Muxtar Vilayətində dövlət hakimiyyəti orqanı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti idi. Xalq Deputatları Soveti gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında iki il yarım müddətinə seçilirdi.

1981-ci il qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinə 22 səlahiyyət verilmişdi. Onların içində bu səlahiyyətlər də vardı:

- Planlaşdırma, maddi-texniki təchizat, uçot və hesabat sahəsində səlahiyyət

- Büdcə-maliyyə işi sahəsində səlahiyyət

- Qiymətlər sahəsində səlahiyyət

- Müdafiə işi sahəsində səlahiyyət

- Seçkilərin təşkili sahəsində səlahiyyət

- Dövlət mükafatları ilə təltif sahəsində səlahiyyət

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti beş il müddətinə Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət məhkəməsini seçirdi.

Dağlıq Qarabağ Muxtar Vilayəti prokuroru SSRİ baş prokuroru tərəfindən təyin edilirdi.

Hazırda Dağlıq Qarabağda işğalçı rejim hakimdir. 1991-1993-ü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və daha 7 rayonu işğal edərək faktiki olaraq özünə birləşdirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam