Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

26 dini icmaya şəhadətnamə verildi

 

26 dini icmaya şəhadətnamə verildi
Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib
Yenixeber.org: Komitədən  verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycanda dövlət tərəfindən din sahəsinə diqqət və qayğı hər zaman özünü büruzə verir:

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı kimi Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına, yüksək tolerantlıq mühitinin və dini dözümlülüyün gücləndirilməsinə xüsusi diqqət ayırır. Eyni zamanda ölkəmizdə dini ibadətgahların inşasına və yenidən qurulmasına önəm verilir, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır”.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan S.Salahlı bu məqsədlə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən sədrin birinci müavini icmaları xalqımızın gen yaddaşından gələn tolerant və multikultural ənənələrin yaşadılması, gələcək nəsillərə ötürülməsində, eləcə də dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb. Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam