Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda daha 16 dini icma qeydiyyata alındı

Azərbaycanda daha 16 dini icma qeydiyyata alındı

 

Yenixeber.org: Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə iyulun 28-də DQİDK-da keçirilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların rəhbərləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Azərbaycanda dinə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğıdan danışıb.

 

Azərbaycanın təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və multikulturalizmin səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu vurğulayan Səyyad Salahlı dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib. O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

 

Dini sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirən icma sədrləri rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.

Sonda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam