Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Trampa çağırış - “erməni soyqırımı”nı tanı

 

Trampa çağırış - “erməni soyqırımı”nı tanı
ABŞ konqressmeni Ted Lyu Ankara ilə Vaşinqton arasındakı münasibətlərin pisləşməsindən istifadə edərək prezident Donald Trampı “erməni soyqırımı”nı tanımağa çağırıb.
 Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Lyu ABŞ prezidentinin Türkiyədən idxal edilən polad və alüminiuma ikiqat gömrük rüsümü tətbiq edilməsilə bağlı qərarını dəstəklədiyini və hadisələrin bu cür inkişafı fonunda Trampın “erməni soyqırımı”nı da tanımalı olduğunu bildirib.

“Mən Trampla razıyam. Türkiyə avtoritarizmə cəhd edir və getdikcə daha çox anti-Amerika mövqeli olur. Konqressmenlərin bir çoxu “erməni soyqırımı”nın tanınmasına təkid edirlər. Mən Trampı bunu etməyə (saxta soyqırımı tanımağa – red.) çağırıram. ABŞ tarixi faktlara məhəl qoymamağa davam etməməlidir.” - deyə, amerikalı konqressmen bəyan edib. 

Qeyd edək ki, Ted Lyu ABŞ Konqressinin erməni lobbisinə işlən üzvlərindəndir və apreldə uydurma erməni soyqırımının tanınması üçün Trampa ünvanlanan məktuba imza atanlardan olub. 

Ötən gün ABŞ prezidenti Donald Tramp Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, digər ölkələr tətbiq etdiyi ticarət tariflərini Türkiyəyə də tətbiq etmək barədə qərar qəbul edib. Tramp öz tvitter səhifəsində bəyan edib ki, bundan sonra Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam