Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

İsraildə “erməni soyqırımı” debatı -Seçkidən iki gün sonra...

İsraildə “erməni soyqırımı” debatı - Seçkidən iki gün sonra...
Knessetdə (İsrail parlamenti) “erməni soyqırımı”nın tanınması məsələsinə dair debatlar Türkiyədəki prezident seçkilərindən iki gün sonra – 26 iyunda keçiriləcək.

Yenixeber.org: Bu barədə "The Times of Israel" məlumat yayıb. 
Bununla bağlı İsrail parlamentinin spikeri Yuli Edelşteyn ilə “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin təşəbbüsçüsü, “Merets” partiyasının lideri Tamar Zandberq arasında razılıq əldə olunub.

Qeyd edək ki, ötən gün Knessetdə “erməni soyqırımı”nın tanınmasına dair keçirilməli olan müzakirələr təxirə salınıb. İsrail KİV-ləri isə əminliklə bildirirdilər ki, dünənki müzakirələr təxirə salınmayacaq.

Xatırladaq ki, Qüds ətrafında yaranan vəziyyətlə əlaqədar onlarla fələstinlinin öldürülməsi səbəbindən Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili fələstinlilərə qarşı soyqırımda ittiham edib. Bu fonda İsrailin bəzi nazirləri və Knessetin deputatları “erməni soyqırımı”nı rəsmən tanımağa çağırış ediblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam