Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Konqressmenlərdən Trampa təklif –Türkiyəni Ermənistanla əvəzləyək

 

Konqressmenlərdən Trampa təklif – Türkiyəni Ermənistanla əvəzləyək
ABŞ Konqressinin 50-yə yaxın üzvü Trampa məktub yazaraq, onu Ermənistanın yeni baş naziri Nikol Paşinyanla təcili görüşməyə çağırıblar. Məktub, ABŞ Konqressinin erməni məsələləri üzrə komitəsinin təşəbbüsü ilə tərtib olunub.
Yenixeber.org: Bu barədə “The Washington Free Beacon”da yazılan məqalədə məlumat verilib.
Məktubda qeyd olunur ki, hazırda ABŞ-la Türkiyə arasındakı münasibətlər olduqca gərgindir və bu gərginlik getdikcə daha da artır. Bu mənada, Vaşinqtonun İrəvanla əlaqələrini daha da gücləndirməsi üçün münbit şans yaranıb və bundan istifadə edərək Tramp tez bir zamanda Paşinyanla görüş keçirməlidir.

Lakin ABŞ prezidentinin administrasiyası “The Washington Free Beacon”un konqressmenlərin məktubu və Trampla Paşinyanın mümkün görüşü ilə bağlı sorğusuna şərh verməkdən imtina edib. Eləcə də Ağ Evin milli təhlükəsizlik şurası da məsələ ilə bağlı sualı cavablandırmaq istəməyib. Lakin Tramp administrasiyasının keçmiş üzvlərindən biri anonim şəkildə “The Washington Free Beacon”a bildirib ki, konqressmenlərin ünvanladığı məktubun mətni ilə tanışdır və bu müraciət Ermənistanla yeni əlaqələrin qurulması üçün fürsət yaradır.

“Ağ Ev mövcud vəziyyətdən istifadə etməlidir. İndiki vaxtda Türkiyə ABŞ-dan və bizim milli maraqlarımızdan üz döndərir. İrəvan isə bununla bağlı bizə çox şey təklif edə bilər. Ermənistan bizimlə yeni əlaqələrin qurulmasına can atır və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələn hər şeyi edir. Tramp bunu nəzərə almalı və Ərdoğan qarşısında geri çəkilməməlidir.” – deyə o bildirib.

Maraqlısı odur ki, “The Washington Free Beacon”dakı məqalədə Trampa göndərilən məktuba imza atan konqressmenlərin kimliyinə də xüsusi diqqət çəkilir. Onların sırasında Konqressin Nümayəndələr Paltasının xarici əlaqələr komitəsinin sədri Ed Roys, həmçinin, Trampın impiçment olunmasını istəyən demokrat konqressmen Adam Şiff də var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam