Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İqtisad Universitetində kadr islahatlarına start verildi

 

   

    Azərbaycan Dövlət İqtisad Universitetində struktur və kadr islahatlarına start verilib. 

 

   "xeberinfo.com": Universitet rektorunun imzaladığı əmrə əsasən, ali təhsil ocağının Tədris-metodiki mərkəzinin, həmçinin magistratura mərkəzinin direktorları, maliyyə və mühasibatlıq departamentinin rəhbəri və rektorun müşaviri tutduqları vəzifədən azad edilib.

Digər əmrə görə, Tədris-metodiki mərkəzə iqtisad elmləri namizədi, dosent Eldar Azadov təyin olunub. O, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb.

Maliyyə və mühasibatlıq departamentinə Nəsimi İsmayılov, Təsərrüfat şöbəsinə isə Elçin Xəlilov təyin edilib.

 Rektorun müşaviri vəzifəsinə isə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təyin edilib. E.Bağırzadə “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimidir. İngilis, rus və türk dillərini bilir. Daha bir təyinat universitetin Beynəlxalq əlaqələr şöbəsinə aiddir. İqtisadiyyat elmləri namizədi, dosent Müslüm İbrahimov bu şöbəyə müdir təyin edilib. M.İbrahimov bundan əvvəl “Beynəlxaql iqtisadi münasibətlər” fakültəsinin dekan müavini vəzifəsində işləyib.

Magistratura mərkəzinin direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq mərkəzin direktor müavini professor E. Məmmədova həvalə edilib.

 Rektorun əmrinə əsasən, ali təhsil ocağında ictimaiyyətlə əlaqələr, hüquq və daxili audit şöbələri, eləcə də “Qaynar xətt” xidməti təşkil edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam