Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qaçqınkom” köçkün direktorların çörək pulunu kəsib - ŞİKAYƏT

eli hesenov

Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qərarıyla məcburi köçkün statusu olan məktəb direktorları məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətdən məhrum edilib.

Xeberinfo.com:   Bu barədə Gununsesi.info-ya Kəlbəcər rayonundan olan bir qrup məktəb direktoru məlumat verib. Məlumatda bildirilir ki, artıq bir neçə aydır ki, Kəlbəcər köçkünü olan bu insanlar aylıq müavinətdən məhrumdurlar. Bu isə mövcud qanunvericiliklə yanaşı, həm də Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair TƏLİMAT-a ziddir. 

Qeyd edək ki, hələ bir neçə il əvvəl “Qaçqınkom” köçkün ailəsində yeni doğulan uşaqların “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət”dən məhrum edilməsi qərarını verib. 

Yuxarıdakı məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri sorğumuzu cavablandıracağını desə də bunu etməkdən imtina etdi.

Mövzuya qayıdacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam