Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Restoran maqnatı Mürsəl Süleymanovun dəbdəbəli obyekti söküldü- FOTO

Restoran maqnatı Mürsəl Süleymanovun dəbdəbəli obyekti söküldü

 

 

Rusiyanın Sankt-Peterburq şəhərində, Moskva prospekti, 159 ünvanında azərbaycanlı restoran maqnatına məxsus kafenin bir hissəsi sökülüb

 

Yenixeber.org: Buna səbəb Bakıda hamının vərdiş etdiyi və çoxdan adiləşmiş hadisə-obyektin genişləndirilərək piyadalar üçün səkini zəbt etməsidir.

Yerli KİV-lər xəbər verir ki, azərbaycanlı biznesmen Mürsəl Süleymanova məxsus "Cafe Del Mar" dəbdəbəli restoranlar şəbəkəsinə məxsus beş restorandan birinin terrası səkini zəbt edib. Hansı ki, biznesmen bundan əvvəl də şəhərsalma reqlamentini dəfələrlə pozub və "şəhər sakinlərinə açıq-aşkar hörmətsizlik" edir.

Süleymanov Mürsəl Səməd oğlu "Del Mar Group"  holdinqinin sahibidir, Peterburqdakı "Azərbaycan" xeyriyə fondunun rəhbəridir. Habelə onun adına daha bir neçə şirkət qeydiyyatdan keçib. Süleymanov bundan əvvəl də restoranlarını genişləndirəndə tikinti-arxitektura qaydalarından kənara çıxıb. Süleymanovun restoranları aqressiv neon işıqlandırma lövhələri ilə seçilir və yaxınlıqda yerləşən binaların fasadı ilə kəskin ziddiyət təşkil edir.

2015-ci ilin fevralında da "Del Mar" restoranlarından birinin qanunsuz tikilmiş terrası sökülmüşdü. Lakin qısa müddət sonra biznesmen obyektin sökülən hissəsini yenidən tikib. Nevsk prospekti və Sadovoy küçəsinin kəsişməsində tikilən "Del Mar" restoranı isə ümumiyyətlə qanunsuz tikilidir, bu tikintiyə rəsmi icazə verilməyib. Lakin şəhər məmurları tikintinin qarşısını almağa da tələsmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam