Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısı dənizin içində restoran tikdirir

 

Zakir Fərəcovun Novxanıda dənizin mühafizə zolağını zəbt etdiyi və orada «Kalyon» adlı iaşə obyekti inşa etdirdiyi deyilir 

Xeberinfo.com:   Ötən gün xəbər vermişdik ki, Sumqayıt şəhərində A-dan Z-yə qədər bütün işlərin hamısı icra başçısı Zakir Fərəcov tərəfindən qudası Akif Zeynalova tapşırılıb. JAM.AZ-a verilən məlumatlarda qeyd olunurdu ki, Zeynalov Fərəcovun tapşırıqlarından başqa, digər işlərə də qol qoyur. Məsələn, onun bütün tenderlərin taleyini müəyyən etdiyi vurğulanırdı. 

JAM.AZ-a daxil olan yeni məlumatlarda isə bununla yanaşı, digər maraqlı mətləblərdən bəhs olunub. Qeyd edilir ki, Akif Zeynalov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. Müavin işlədiyi dövrdə bir nəfəri belə razı salmadığı iddia olunur. «İndi isə Ərazi Maliyyə Müfəttişliyinin rəisidir. Bu adamın maliyyədən xəbəri yoxdur. Hətta Akif Zeynalovun bu vəzifəyə təyinatı çoxlarında təəccüb hissi yaratmışdı».

Məlumat verən mənbələr başqa bir mətləbdən də bəhs ediblər. Onların verdiyi xəbərə görə, Sumqayıtın icra başçısı Zakir Fərəcov vəzifəyə təyinat alar, almaz özünə restoranlar və gəlir yerləri düzəltməyə başlayıb. «Fərəcov Novxanıda «Kalyon» adlı restoran açıb. Həmin restoran isə düz dənizin içindədir. Görəsən, icra başçısına kim o ixtiyarı verib ki, dənizin mühafizə zolağını zəbt edib?»

Qeyd edək ki, Zakir Fərəcovla bağlı belə məlumatlar mütəmadi olaraq yayılır. Bu yaxınlarda isə onun Sumqayıtda 3 böyük villaya sahib olmasına dair bilgilər gündəmi zəbt etmişdi. 

Bu əsnada, "Kalyon" restoranı ilə bağlı araşdırma aparmışıq. Həmin araşdırma zamanı məlum olub ki, Novxanı qəsəbəsində yerləşən «Kalyon» restoranının sahibi «Kalyon» MMC-nin direktoru Rövşən Məmmədovdur. JAM.AZ xəbər verir ki, bu restoranda xüsusi qadağalar var və onların hamısı tətbiq olunur. Bir müddət əvvəl «şortik» qadağası tətbiq olunsa da, sonradan ləğv edilib. Bunu da restoran rəhbərliyi belə əsaslandırıb ki, xaricilər çox gəldiyi üçün həmin qadağanı ləğv ediblər. Amma buna baxmayaraq, indinin özündə də «Kalyon»a dizdən azca yuxarı «şortik»də giriş qadağandır. 

Dənizin içinə qədər girmiş restoranın sahibi mətbuata verdiyi açıqlamasında deyib ki, onların çimərlikləri yoxdur. Elə bu səbəbdən də çimərlik paltarında restoranlarına gələnləri də içəri buraxmırlar. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam