Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısı təyinatı üçün 1 milyon dollarlıq bazarlıq

 

Məhkəmə hakimi kimə və necə vəzifə satırmış - təfərrüatlar ; İş üzrə elə adamlar dindirilib ki...

«Mənə deyildi ki, icra başçısı təyin olunmağın qiyməti regiondan, rayonun böyük-kiçikliyindən asılı olaraq, 1 milyon dollardan 5 milyon dollara qədərdir»

       "Xeberinfo.com": İki gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir hadisə baş verdi. Azər Orucovun sədrlik etdiyi, həmçinin Əlövsət Abbasov və Əlisultan Osmanovdan ibarət hakimlər heyəti onların icraatına verilmiş cinayət işinə baxmaqdan imtina etdi. Daha doğrusu, onlar özləri özlərinə etiraz etdilər. Sözügedən cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında hakim Azər Orucov bildirib ki, təqsirləndirilən şəxslərdən biri ilə uzun müddət iş yoldaşı olublar. Onun sözlərinə görə, bu fakt onların icraatlarındakı işə ədalətli baxmalarına təsir göstərməsə də, cəmiyyətdə yanlış fikir oyada bilər. Bu səbəbdən həmin cinayət işinə baxmaqdan imtina ediblər.
Etiraza Bakı Apelyasiya Məhkəməsində baxılıb, müvafiq qərar qəbul olunmalıdır. Amma qanunun da tələbi var ki, hakim ailə üzvlərinin, tanışlarının maraqlarına toxunan işlərə baxa bilməz. Belə hallarda hakim özü-özünə etiraz edə bilər. Apelyasiya məhkəməsində bu məsələ ilə bağlı qərar verilənə qədər həmin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Məhkəmə sədrliyindən müttəhimliyə qədər...

Indi isə hakimləri belə bir qərar verməyə vadar edən şəxsin kimliyi və əməli barədə. Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevdən gedir. O, 2000-ci ildən 2007-ci ilə qədər Binəqədi rayon məhkəməsinin sədri olub. 2007-ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunub və bu il fevralın 9-na qədər həmin vəzifədə işləyib. Beş ay sonra - iyulun 3-də isə cinayət məsuliyyətinə cəlb olunub. O, təqsirləndirilən şəxs qismində tanınsa da, həbs edilməyib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur.
Amma Həsən Əliyev bu cinayət işi üzrə yeganə təqsirləndirilən deyil, onunla yanaşı, daha iki nəfər var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Lakin keçmiş hakimdən fərqli olaraq, onların hər ikisinin barəsində həbs-qətimkan tədbiri seçilib. Elman Məmmədov keçən ilin oktyabrından həbsdədir. Taleh Süleymanov isə bu ilin iyununda həbs olunub.

Gülər Əhmədova olayı ilə paralellər

600 min manatın sübutu

Onu da qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla 2 dəfə pul verildiyini sübut edən konkret faktlar var. Bunların birində hakim öz dəst-xətti ilə Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada göstərilib ki, Ramazan Səlimov Həsən Əliyevə 300 min manat borc verir.
Həsən Əliyev prokurorluğa ifadəsində bildirib ki, öz xətti ilə yazılmış kağız, həmçinin notarial qaydada təsdiqlənmiş borc müqaviləsi olsa da, o, həmin pulları Ramazan Səlimovdan almayıb. Yəni, Ramazan Səlimov iki dəfə onu borc verəcəyilə aldadaraq, sənəd imzalatdırsa da, sonradan göstərilən məbləği verməkdən imtina edib.

Hakimin milyonlarla dəyəri olan var-dövləti

Işin içində Həsən Əliyevin obyektlərinin siyahısı da var. Onlara nəzər salanda məlum olur ki, o, heç də kasıb hakim olmayıb. Həsən Əliyevin 8-ci mikrorayonda, əsl adı “Palma” olan, lakin üstündə “Beşbulaq” yazılmış restoran, Ziya Bünyadov prospekti 11b ünvanında (Ayna Sultanovanın heykəlinin yaxınlığı) yerləşən gözəllik salonu, 6-cı mikrorayonda 8 sot torpaq sahəsi, Nabranda 30 sot torpaq sahəsi, Nəsimi rayon Icra Hakimiyyətinin binası ilə üzbəüzdə parfümeriya mağazası, Pirşağıda 3 mərtəbəli bağ evi, metronun “Içəri şəhər” stansiyasının yaxınlığında yeni tikilmiş binada 3 otaqlı mənzili və başqa əmlakları olub. Maraqlıdır ki, bu qədər mal-mülkə sahib olan Həsən Əliyev istintaqa ifadəsində bildirib ki, birinci 300 mini “Şərurlu Isfəndiyar” kimi tanınan tikinti maqnatı Isfəndiyar Axundova olan borcunu qapatmaq üçün Ramazan Səlimovdan borc istəyib.

Şərurlu Isfəndiyara borcun necə yaranması barədə danışan Həsən Əliyev deyib ki, bacısı oğlu Rəşad Allahverdiyev “Palma” restoranını özəlləşdirmək üçün ondan 200 min dollar borc alıb. Lakin 2011-ci il aprelin 28-də Rəşad Allahverdiyev xəstəlikdən dünyasını dəyişib. Belə olan halda, Isfəndiyar Axundov həmin borcu ondan istəyib. Həsən Əliyevin sözlərinə görə, o da öz növbəsində belə böyük məbləği tezliklə qaytara bilməyəcəyini deyib. Isfəndiyar Axundov isə bildirib ki, borc verdiyi pulu bankdan götürüb, ona görə də məbləği tam ödəyənə qədər aylıq onun 2 faizini vermək lazımdır. Keçmiş hakim deyir ki, o da bu səbəbdən hər ay 4000 faiz ödəyib.

Iş materillarında xeyli ziddiyyətli məqamlar var ki, onlardan bir neçəsi də Isfəndiyar Axundova olan borc məsələsilə bağlıdır. Məsələn, Həsən Əliyev deyir ki, “Palma”nı özəlləşdirmək üçün bacısı oğlu borc alıb. Amma onunla birlikdə təqsirləndirilən, təxminən 2003-cü ildən tanıdığı Elman Məmmədov da, zərərçəkmiş Ramazan Səlimov da ifadələrində “Palma”nı Həsən Əliyevin obyekti kimi təqdim edərək, dəfələrlə həmin restoranda görüşdüklərini bildiriblər.

Bundan başqa, Ramazan Səlimov ifadəsində göstərib ki, Həsən Əliyev Şərurlu Isfəndiyarın rəhbərlik etdiyi tikinti şirkətinin Nəsimi bazarının yaxınlığında inşa etdiyi hündürmərtəbəli binanın bir mərtəbəsində olan mənzilləri 1 milyona alıb. Həmin puldan 200 min borclu qalıb.
Zərərçəkmişin sözlərinə görə, Həsən Əliyev 2012-ci il mayın axırlarında təlaşlı halda ona zəng edərək, görüşmək istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında görüşərkən Həsən Əliyev ona bu haqda danışıb. Deyib ki, borclu qaldığı pulun faizini hər ay ödəyir və bu da onun üçün çətinlik yaradır: “Həmin vaxt Həsən təklif elədi ki, onsuz da sən işinə görə 1 milyon dollar, yəni, 800 min manat verməlisən. Sən gəl, o pulun 200 min manatını indi ver, mən Isfəndiyara borcu ödəyim. Mən də dedim ki, 300 mini vermişəm, heç bir irəliləyiş yoxdur. Əgər işdə bir addım irəliləyiş olsa, dediyin pulu verməyə hazıram. Həmin vaxt ona ”yox" dedim".

    Pirallahının icra başçısı olmağın qiyməti

      Ramazan Səlimovun sözlərinə görə, müzakirələr zamanı Həsən Əliyev deyib ki, icra başçısı təyin olunmağın qiyməti regiondan, rayonun böyük-kiçikliyindən asılı olaraq, 1 milyon dollardan 5 milyon dollara qədərdir: “Bildirdim ki, mənim 1 milyona gücüm çatır. Hələlik kiçik rayona təyin olunum, sonra böyük rayona dəyişmək məsələsini özüm həll edərəm”.

Zərərçəkmişin ifadəsindən o da məlum olur ki, 2012-ci ilin sentyabrında Həsən Əliyev ona yaxın vaxtlarda Bakı şəhərində yeni rayon yaranacağını və onun da həmin rayona icra başçısı göndəriləcəyi xəbərini verib: “Doğrudan da həmin ilin noyabrında mətbuatda Bakı şəhərində Pirallahı rayonunun yaradılacağı barədə yazılar dərc olundu. Bu xəbər məni ümidləndirdi. Bu xəbərlər yayılan ərəfədə Həsən Əliyev zəng eləyib pulun qalanını da istədi. Dedim ki, 300 min vermişəm, 300 də indi verəcəm, amma qalan 200 mini sərəncamdan sonra verəcəm. Həsən əvvəlcə etiraz elədi, sonra razılaşdı. Amma Həsənə dedim ki, bu pulu notarial qaydada müqavilə bağlamaqla verəcəm. 2012-ci il dekabrın 5-də borc müqaviləsi bağlayıb daha 300 min manatı ona verdim”.

Iş materiallarından aydın olur ki, Həsən Əliyev müqavilə imzalamasına, yazılı qəbz verməsinə baxmayaraq, Ramazan Səlimovdan heç bir pul almadığını bildirsə də, zərərçəkmiş baş verənlərlə əlaqədar 16-cı polis bölməsinə şikayət edəndən sonra ona hər dəfə 100, 70 və 80 min manat olmaqla, üç dəfəyə 250 min pul verib.

“Polis bölməsinin rəisi Nərimanov rayonunun prokuroru Fikrət Mahmudova zəng edib məlumat verdi. Prokuror da bu işin yoluna qoyulmasını tapşırdı. Mən də adımın hallanacağından, özümün, məhkəmələrin və Ədliyyə Nazirliyinin imicinə xələl gələcəyindən qorxaraq, hətta evimi də satmaq, sələm götürmək hesabına da olsa, pul tapıb 600 mini ödəmək qərarına gəlmişdim”, - deyə Həsən Əliyev ifadəsində bildirib.
Cinayət işindən görünür ki, Həsən Əliyev həmin pulu vermək üçün əvvəlcə obyektlərini satmaq qərarına gəlsə də, sonradan fikrini dəyişib. O, bankdan girov müqabilində xeyli kredit alıb, həmçinin sələmlə 170 min manat pul götürüb. Həsən Əliyev 170 min manatı natariat kontorunun rəisi işləyən tanışı vasitəsilə əldə edib. O, əvvəlcə 100 min manat alıb. Bunun müqabilində mülkiyyətində olan gözəllik salonunu girov qoyub. Yeri gəlmişkən, həmin 100 min manatla bağlı notarial qaydada borc müqaviləsi bağlanıb. Lakin 100 min manatla problemi həll edə bilmədiyindən bir neçə gün sonra Həsən Əliyev gələrək, daha 70 min manat istəyib. Yenə də ona istədiyi məbləğ verilib. Amma əvvəlki 100 minlik borc müqaviləsi ləğv olunaraq, yeni 170 minlik müqavilə bağlanıb.

***

“Azadlıq”ın növbəti sayında bu cinayət işi ilə bağlı daha nələri oxuyacaqsınız:

- Həsən Əliyev icra başçısı olmaq istəyən Ramazan Səlimovu hansı vəzifəli şəxslərlə görüşdürüb?
- Usubov prokurorluqda şahid qismində dindirilərkən nə deyib?
- Həsən Əliyev bu işin ört-basdır edilməsi üçün hansı vəzifəli şəxsə 100 min manat pul göndərib?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam