Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bu, quzu qurddan qorxduğu kimi qorxub”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xeberinfo.com":   Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev çıxış edərək, digər təqsirləndirilən şəxslərin heç bir günahı olmadığını, onun tapşırıqları ilə hər bir işi gördüklərini bildirib.
Bundan sonra təqsirləndirilən şəxslərdən Birlik bankın sabiq sədr müavini Heydər Hüseynov ifadə verib. O, ifadəsində Abdulla Abdullayevin bankın idarə heyətinin qərarlarına aidiyyatı olmadığını, ondan heç bir tapşırıq almadıqlarını bildirib. H. Hüseynov istintaqa verdiyi ifadələri də xatırlamadığını qeyd edib. Onun məhkəmədə ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadələrdə ziddiyyət olub. Bu zaman Abdulla Abdullayev replika atıb. “Bu Heydər ibtidai istintaqa ifadə verəndə müstəntiqdən quzu qurddan qorxduğu kimi qorxub”.
Hakim Əfqan Hacıyev isə A.Abdullayevin replikasına cavab verərək, Heydər Hüseynovun indi çıxışında niyə qorxmadığını soruşub. Abdulla Abdullayev indi burada qurd olmadığını deyib. Təqsirləndirilənlərdən Nadejda İsmayılova da çıxışında ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. Təqsirləndirilənlərdən Elşən Namazov da çıxışında özünü təqsirli bilməyib. O, ittiham aktının mahiyyətinin aydın olmadığını, cinayət işinin əsassız olduğunu vurğulayıb. E. Nəcəfov gördükləri işləri müqavilə öhdəlikləri əsasında etdiklərini, bunun da mülki qaydada həll olunmasını qeyd edib.
Məhkəmə sabah davam etdiriləcək.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam