Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

İLHAM MİRZƏYEVİN SEYFİNDƏKİ 500 MİN MANAT

 

    DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi İlham Mirzəyevi həbs edərkən seyf ofisdə qalıb

 

  "Xeberinfo.com": Xəbər verildiyimiz kimi, bir neçə gün əvvəl Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər- Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmirov iştirak ediblər. «Təzadlar»ın əməkdaşının məhkəmədən verdiyi məlumata görə, hakim hazırkı iş üzrə dövlət ittihamını Bakı şəhər Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəriman Babayevin, İ.Mirzəyevin hüquqlarını isə vəkillər Xanlar Bayramzadə və İkram Abdullayevin müdafiə etdiyini elan etmişdir.

    Amma maraqlıdır ki, İ.Mirzəyev məhkəmənin hazırlıq iclasında söz alaraq prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəmişdi. Lakin jurnalistlər də hesab edir ki, onun bu vəsatəti təmin olunmamalıdır, çünki onun dələduzluğu ictimai əhəmiyyət daşıyır və ictimaiyyət bu cinayətin motivlərini mətbuatdan oxuyub xəbər tutmalıdır. Bu isə hər kəsin konstitusion hüququdur, məhdudlaşdırıla bilməz.
    Amma bildiyiniz kimi, «Təzadlar» İlham Mirzəyevin dələduzluq cinayəti üzrə İttiham Aktını əldə etmişdir və qəzetin bu günkü sayında dərc olunub, həmçinin qəzetin eyni adlı tezadlar.az saytında təqdim olunub. Ardınca isə «Təzadlar»a istinadən ölkənin demək olar bütün KİV və saytlarında həmin materialın birinci hissəsi dərc edilib.

    Bu cinayət işi ilə bağlı «Təzadlar»a inanılmaz fakt daxil olub. Məlumatlı mənbə bildirir ki, sən demə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları hal şahidləri ilə birlikdə İlham Mirzəyevi ofisində aldatdığı vətəndaşın pulunu ələ keçirərkən cinayət başında yaxalanıb və həbs edilərkən onun seyfindəki 500 min manat puldan xəbərsiz olublar. Daha doğrusu, onlar  bir səbəbdən seyfi özləri ilə aparmaq istəyindən tam təsadüfən imtina ediblər. Faktiki olaraq onlara bir hadisə mane olub. Bəs həmin hadisə necə baş verib?
   Bu hadisənin səbəbləri barədə məlumatı qəzet bir qədər sonra yayaçağını aşıqlayıb. Həmin məlumatı da saytımızda yerləşdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam