Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Şərikini qətlə yetirən iş adamıyla bağlı qərar açıqlanacaq

 

 

   "Xeberinfo.com": Bakı Apelyasiya Məhkəməsində iyulun 25-də “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilib.   

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar prokurorun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılması ilə bağlı çıxışından narazı olduqlarını bildiriblər. Hümbət Məmmədov çıxış edəndən sonra hakim qərar qəbul etmək üçün müşavirə otağına getdiklərini bəyan etdilər.

Məhkəmənin qərarı iyulun 30-da açıqlanacaq.

Ötən məhkəmə iclasında hakim bildirmişdi ki, növbəti prosesdə qərarını açıqlayacaq. Ancaq qərarın açıqlanması gözlənilən kimi olmayıb. Bu da zərərçəkən tərəfin narazılığına səbəb olub. Güman edirlər ki, hakim birinci instansiya məhkəməsinin qərarının bir hissəsini dəyişdirsin. Piriyevlərin nümayəndəsi, vəkil Aslan İsmayılov prosesdə yalnız həbs olunan Şamilov qardaşlarının işinə yenidən baxılmasını istəyirdi, digər vətəndaşlarla bağlı birinci instansiya məhkəməsinin qərarının qüvvədə qalmasını istəyirlər.

İttihama görə, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. 

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.   

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam