Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Elman Rüstəmovdan deputatlara– CAVAB

Elman Rüstəmovdan deputatlara

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov deputatların təkliflərinə münasibət bildirib

 

Yenixeber.org: O qeyd edib ki, ilk növbədə hamını manatın məzənnəsi maraqlandırır: “Bütövlükdə razıyam ki, neftin qiyməti ilə ehtiyatlı davranmalıyıq. Neftin qiyməti artan kimi xərcləri artırmamalıyıq. Eyni  zamanda, proses əks  baş verəndə də ehtiyatlı olmaq lazımdır. 

Pul kütləsi 11, 5 faiz artıb. Bu gün artıq 12 faizə artıb. Təxminən Mərkəzi Bank tərəfindən  dövriyyəyə 1 milyarddan artıq vəsait buraxılıb. İlin əvvəlində 1,8 milyard manat vəsait iqtisadiyyata yönəldilib. İlin sonunda da artırmağı düşünürük. Bəli,  2014-ci ilə nisbətən pul kütləsi 24 faiz aşağıdır. Bunun da səbəbləri var.

Əhali pullarının yığımının əhəmiyyətli hissəsini manatda saxlayırdı. Ancaq kurs korreksiyası zamanı vəsaitlər sərbəst dönərli valyutaya qayıtdı. Bu gün bank sektorunda 6,5 milyard manat  vəsait var. Onun 70 faizdən çoxu  sağlam  banklardadır.  Ancaq kreditləşməyə yönəldilmir. İnflaysiya bu gün başlıca problemimizdir. İnflyasiyanın əsas drayveri olan kurs  məsələsi müəyyənləşib. Çünki inflyasiya çox vacibdir. Ölkədə makroiqtisadi siyasətlərin əsası yaradılıb. Ancaq bu 9 aydır ki baş verib. Ancaq biz qəti arxayınlaşmamalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam