Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Rektor vəd verdi: “Bu ərazidə 7 minlik tələbə yataqxanası tikiləcək”

 

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub.

Yenixeber.org: BDU-nun mətbuat xidmətinin yaydığı məlumata görə, Abel Məhərrəmov avqustun 16-da universitetin həyətində tələbələr və valideynlərlə görüşüb. Onların suallarını cavablayıb.

Abel Məhərrəmov çoxdan müzakirə olunan yataqxana probleminə də toxunub. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor həmin binaların bir qisminin söküldüyünü yada salıb. Bildirib ki, bu ərazidə 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksi inşa olunacaq. Amma dəqiq tarix, inşa işlərinə nə vaxt başlanacağını bildirməyib.

BDU-nun bakalavriatura pilləsinə builki qəbul planı 65 ixtisas üzrə 5 min 200 nəfərdir. Sənədlərin qəbulu prosesi avqustun 25-dək davam edəcək.(virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam