Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Qənimət Zahid rektordan pul "qoparıb" -ŞOK İDDİA

Xeberinfo.com:   Virtualaz.org-un redaksiyasına “Azadlıq” qəzetinin baş redaktoru, hazırkı müxalifətin ideoloqlarından biri Qənimət Zahid tərəfindən pul tələb etmə halları üzrə yeni faktlar daxil olur.

Məlumata görə, 2013-cü ildən 2016-cı ilə kimi Q.Zahid Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu ona aylıq xərac verməyə məcbur edib.

2013-cü ildə BDU tələbələri universitetdə korrupsiya hallarının dayandırılması tələbi ilə mitinqə çıxdılar. Tələbələrin bu çıxışlarından istifadə edən “Azadlıq” qəzeti universitetdə yaranmış acınacaqlı vəziyyət barədə məqalələrin dərcinin anonsunu verdi. Həmin anons işıq üzü gördükdən sonra universitetin təsərrüfat-inzibati işlər üzrə prorektoru Nəbi Ramazanlı Qənimət Zahidlə əlaqə yaradır.

Abel Məhərrəmov

Qeyd edək ki, Nəbi Ramazanlı Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993-cü illər) Səbail Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdən birini tutub. O, Abel Məhərrəmovun qohumu və etibar etdiyi şəxsdir.

Nəbi Ramazanlı Qənimət Zahidlə görüşüb və Abel Məhərrəmov barədə tənqidi məqalələr yazmamağı xahiş edib, lakin Q.Zahid bu xahişi yerinə yetirməkdən boyun qaçırıb. Q.Zahid qarşı təklif edib – rüşvət müqabilində BDU və Abel Məhərrəmov barədə tənqidi yazıların dayandırılması. 2013-cü ildən başlayaraq, A.Məhərrəmov Qənimət Zahidə aybaay pul vəsaiti göndərərək, “Azadlıq” qəzetinin səhifələrində A.Məhərrəmov və BDU haqqında tənqidin yerləşdirilməməsinə nail olur. Q.Zahidlə A.Məhərrəmovun bu əməkdaşlığı 2016-cı ilin mart ayına qədər davam edir.

P.S. Virtualaz.org redaksiyası bu məlumatın doğruluğuna görə məsuliyyət daşımır və məlumatda adı çəkilən bütün qurumların mövqeyini əks etdirməyə hazırlığını ifadə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam