Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Abel Məhərrəmov deputat siyahısından çıxarıldı

 

Yeni Azərbaycan Partiyası (YAP) Bakı Dövlət Universiteinin rektoru, professor Abel Məhərrəmovu partiyanın deputatlığa namizəd siyahısına salmayıb. Onun qarşısına “ya deputatlıq, ya rektorluq” şərti qoyulub.

"Xeberinfo.com":   Strateq.az-a daxil olan məlumata görə, Abel Məhərrəmov iki gün əvvəl Prezident Administrasiyasına çağrılaraq, onunla bu mövzu ətrafında ciddi müzakirə aparılıb.Ona qanunvericiliyin müvafiq müddəası, eləcə də digər xidməti olanların da əməyinin dəyərləndirilməsinin vacibliyi xatırladılaraq, deyilib ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə YAP-ın siyahısında fərqli meyarlara üstünlük veriləcək və rektorların “iki stulu məşğul etməsinə” də icazə verilməyəcək. Sadəcə, onların xidmətləri nəzərə alınaraq, özləri üçün əlverişli olan iki postdan birini seçmək tövsiyə olunub.

Mənbə bildirir ki, belə bir müzakirə Abel Məhərrəmov üçün qəfil və gözlənilməz olsa da, o, artıq seçim etməkdən başqa çarəsinin olmadığını anlayıb və qərarını verib: qarşıdakı illərdə Milli Məclisdə deyil, rektor kimi fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu açıqlayıb.

Qeyd edək ki, görüşdən çıxandan sonra BDU rektorunun yaxın ətrafına narazılıq edərək, bu illər ərzində etdiyi xidmətlərin qiymətləndirilmədiyindən gileyləndiyi və bu məsələnin “başqa və daha yuxarı müstəvidə müzakirəsinin gərəkliyini” də vurğuladığı bildirilir.

Xatırladaq ki, Abel Məhərərmov BDU-nun rektoru olmaqdan əlavə, 2010-cu ildə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.

Mövzu ilə bağlı hər hansı yanlışılıq varsa, hörmətli rektorun da mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam