Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BDU-nun vyetnamlı tələbələri ilə görüş

BDU-nun vyetnamlı tələbələri ilə görüş

 

Bu gün Bakı Dövlət Universitetində müxtəlif illərdə bu ali təhsil ocağının bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib. BDU-nun hüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrinin məzunları ilə görüşü rektor, akademik Abel Məhərrəmov açıb. 

Yenixeber.org: Bu günün BDU-nun həyatında əlamətdar tarixlərdən biri olduğunu bildirən rektor vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də yenidən universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökümət strukturlarında, ali təhsil sistemində çalışan çoxsaylı mütəxəssislər var.

Vyetnamın Hanoi Universitetinin professoru, BDU-nun Biologiya fakültəsinin 1978-ci il məzunu Nquyen Van Ma yenidən universitetdə olmaqdan və onlara dərs demiş müəllimlərini görməkdən məmnun olduqlarını bildirib. 

Görüşdə universitetin vyetnamlı məzunlara dərs demiş müəllimləri keçmiş tələbələrilə bağlı xatirələrini bölüşüblər.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam